YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Pirallahı rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Əbədiyaşar Lider" adlı tədbir keçirib

Mayın 2-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Əbədiyaşar Lider" adlı tədbir keçirib. Pirallahı rayon Gənclər Mərkəzində keçirilən tədbirdə Pirallahı rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin ideyaları onun layiqli varisi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov çıxışında rayon ağsaqqallarına göstərilən dövlət qayğısından danışıb.

Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini Bayram Yusibov çıxışında Ümummilli liderin xilaskarlıq xüsusiyətlərini qeyd edib.

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial, siyasi və iqtisadi siyasətin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib: " Heydər Əliyev siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təksə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır".

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxışında bildirib ki, Azərbaycanın sosial-iqtisadi inkişafı bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq biruzə verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi ölkəmizin hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun ideyalarının təzahürüdür.

Tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı tərəfindən ictimai-siyasi proseslərdə fərqlənən bir qrup şəxsə fəxri fərmanlar və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələrinin təqdim olunub.

Tədbir 168 saylı  orta məktəbin şagirdlərinin ifasında bədii kompozisiya ilə davam etdirilib.