YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cari ilin 9 ayında bp şirkəti Azərbaycandakı sosial layihələrinə 3,84 milyon dollar vəsait sərf edib

bp və onun tərəfdaşları Azərbaycanda neft-qaz sənayesini inkişaf etdirməklə yanaşı, təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi, təlim vasitəsilə yerli müəssisələrə dəstək, eləcə də hökumət qurumlarına texniki yardım göstərir.

Bunu jurnalistlərə açıqlamasında bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib.

O bildirib ki, cari ilin yanvar-sentyabr aylarında bp və onun tərəfdaşları ölkəmizdəki belə layihələrə 3,84 milyon dollar xərcləyib.

Azərbaycanın iqtisadiyyatının güclənməsinə kömək məqsədilə bp və onun tərəfdaşları ölkənin hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların artırılmasını dəstəkləyən təşəbbüsləri bundan sonra da davam etdirəcəklər.