YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin VI hesabat-seçki konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin VI hesabat-seçki konfransı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Konfransı giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli bildirib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib, onların dövlət mənafeləri əsasında səfərbər olunması üçün mühüm addımlar atıb.Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin möhtərəm Prezidentimiz, YAP-ın Sədri cənab İlham Əliyev tərəfndən uğurla davam etdirilir.

Konfarnsda YAP Kürdəmir rayon təşkilatı Gənclər birliyinin sədri Daşqın Rüstəmovun hesabat məruzəsi dinlənilib.Məruzəçi qeyd edib ki,hal-hazırda təşkilatın Gənclər Birliyi 4310 nəfər gənci öz sıralarında birləşdirir, bu da rayonumuzda ümumi sayı 9680 nəfər olan YAP üzvlərinin 44,5 %-ni təşkil edir. Gənc üzvlərimizdən 1505 nəfəri , yəni 34,9 %-i qadınlar, 955 nəfəri , yəni 22% -i ali təhsilli gənclərdir.

Məruzə ətrafında rayon təşkilatının şura üzvü Heydər Əliyev Mərkəzinin əməkdaşı Xəyyam Məlikov, şəhər 1 saylı tam orta məktəbin müəllimi Günel Musayeva “Azərxalça” ASC- nin Kürdəmir rayon filialının müdiri Rauf Abuşov, Karrar kənd tam orta məktəbinin direktoru Mais Bayramov çıxış ediblər. Konfransda çıxış edənlər təşkilatın Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab edərək, qarşıdakı dövrdə Gənclər Birliyinin vəzifələri haqqında danışıblar, öz rəy və təkliflərini bildiriblər.

Konfransda çıxış edən  YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin deputatı Elman Nəsirov , Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov respublikamızda gənclər üçün yaradılan böyük imkanlardan və yüksək şəraitdən danışaraq bu gün gəncliyin artıq siyasi cəhətdən formalaşmış, yetkinləşmiş səviyyədə olduğunu diqqətə çatdırıblar.Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə böyük diqqət və qayğı ilə yanaşıb.Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan danışan natiqlər bu gün ölkə rəhbəri cənab İlham Əliyevin gənclərə verdiyi önəmi vurğulayaraq bütün ictimai –siyasi proseslərdə gənclərin aktiv şəkildə iştirakını qeyd ediblər.

Qeyd edək ki, konfransda təşkilati məsələlərə baxılıb. YAP Kürdəmir rayon təşkilatının Gənclər Birliyinin 19 nəfərdən ibarət  Şura üzvü və 9 nəfərdən ibarət İdarə Heyəti seçilib. Rauf Abuşov YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin sədri, Mais Bayramov və Hacıoğlan Məlikov sədrin müavinləri seçiliblər. Eyni zamanda 2 nəfər YAP Gənclər Birliyinin V konfransına nümayəndə seçilib.