YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Cəlilabad rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

Mayın 1-də YAP Cəlilabad rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abıdəsini ziyarət edib,  önünə tər gül çıçək dəstələri düzüblər.

Konfransı giriş sözü ilə YAP Cəlilabad rayon təşkilatının sədri M.Mirxaslı açaraq qeyd edib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir  və  gənclərimiz  ictimai  həyatın  bütün  sferalarında  aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.  Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Sonra YAP Cəlilabad rayon təşkilatı Gənclər Birliyinin sədri Vüsal Kazımov hesabat məruzəsi ilə çıxış edib. O, hesabat dövrü ərzində görülən işlər haqqında ətraflı məlumat verib.

Konfrans iştirakçılarından Orxan Əzizov, Məryəm Novruzova, Elçin Hüseynov və Ofelya Qəhrəmanova çıxış edərək hesabat dövründ görülən işlər haqqında münasibətlərini bildiriblər.

Konfransın işində iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov çıxış edərək ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin gənclərə diqqət və qayğısından bəhs ediblər. Natiqlər ölkəmizdə ictimai-siyasi sabitlik və iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərin məhz ölkə rəhbəri cənab İlham Əliyevin səmərəli və yorulmaz fəaliyyəti sayəsində mümkün olduğunu diqqətə çatdırıblar.

Konfransda  həmçinin təşkilati məsələlərə baxılıb. YAP Cəlilabad rayon təşkilatı Gənclər Birlyinin 23 nəfərdən ibarət şurası, 11 nəfərdən ibarət idarə heyəti müəyyənləşib. Konfransda Vüsal Adışirin oğlu Kazımov YAP rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.

Konfransda həmçinin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin növbəti konfransına 2 nəfər nümayəndə seçilib.