YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib

Mayın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin IV Konfransı keçirilib.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər çiçəklər düzüblər.

Konfransda giriş sözü ilə çıxış edən  YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov Yeni Azərbaycan Partiyasının cəmiyyətin aparıcı siyasi qüvvəsi olduğunu bildirib.

YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədri Saleh Ələskərov isə tədbirdə hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, rayon təşkilatının Gənclər Birliyi hesabat dövrü ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb.  

Daha sonra hesabat məruzəsi ətrafında fəal gənclər Aysel İbrahimova, Günel Mustafayeva, Bəhrəm İsgəndərov və Həcərxanım Vəliyeva çıxış ediblər.

Sonra konfransda Milli Məclisin deputatları Rüstəm Xəlilov və Şahin İsmayılov, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə həmçinin təşkilatı məsələlərə baxılıb. YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin Şura və İdarə Heyətinin üzvləri seçilib. Firdovsi Hafis oğlu İbrahimov  YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.eyni zamanda, rayon təşkilatı Gənclər Birliyinin sədr müavinləri və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin V Konfransına 2 nəfər nümayəndə seçilib.

Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.