YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Azərbaycanda Gənclər siyasəti üzrə I Qlobal Forumun keçirilməsi mühüm hadisədir

«Azərbaycanda Gənclər siyasəti üzrə I Qlobal Forumun keçirilməsi mühüm hadisədir». Bu fikri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, belə bir  tədbirin ölkəmizdə keçirilməsi böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, forumda qlobal müstəvidə dünya gənclərini düşündürən məsələlər müzakirə olunub.

«Forumda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və parlaq nitqi xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bütövlükdə, forumda müzakirə olunan məsələlər  dövlətlərin, o cümlədən Azərbaycanın gənclər siyasətinə töhfələr verəcək. Eyni zamanda, onu qeyd etmək istəyirəm ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti digər ölkələrin gəncləri tərəfindən maraqla qarşılanır. Hesab edirəm ki, bu baxımdan, bu siyasət digər ölkələr üçün model ola bilər»- deyə, S.Orucov vurğulayıb.