YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası Azərbaycana dair növbəti illik hesabat yayıb

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası (USCİRF) Azərbaycana dair növbəti illik hesabat yayıb. Qeyd olunmalıdır ki, həmin Komissiya öz fəaliyyətində bir sıra ölkələrə qarşı qərəzli yanaşma ilə seçilir.

Ötən illərdə olduğu kimi, bu il də hesabatda Azərbaycana dair bəzi qeyri-obyektiv məqamlar öz əksini tapıb. Lakin, əvvəlki illərdən fərqli olaraq, Komissiyanın 9 üzvündən biri, Xristian Liderləri Konqresinin sədri, yevangelist icmasını təmsil edən Coni Mur bu qərəzli yanaşma ilə razılaşmayaraq öz xüsusi rəyini açıqlayıb və bu mövqe hesabata daxil edilib.

Coni Mur Azərbaycanın məhz dini tolerantlığa görə tanındığını, burada müxtəlif məzhəblər və dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəklində, tam azad və təhlükəsiz şəraitdə birgə yaşayıb, ibadət etdiklərini vurğulayıb. O, hökumətin dini azlıqlarla məşğul olan beynəlxalq qurumların müraciətlərinə çox məsuliyyətlə yanaşdığını müşahidə etdiyini bildirib. Həmçinin ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının üzvü Azərbaycanın yerləşdiyi coğrafi məkanı nəzərə alaraq, dini azlıqlarla məşğul olan beynəlxalq qurumların hökumətin zorakı dini ekstremizm və milli təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almalı olduqlarını vurğulayıb. Sonda o, Ermənistanla Azərbaycan arasında sülhün tezliklə əldə olunmasının zəruriliyini qeyd edib.

C.Murun sözügedən prinsipial və obyektib mövqeyi USCİRF-in illik hesabatının əlavəsi kimi dərc edilib.

Məlumat üçün qeyd etmək istərdik ki, C.Mur ötən ildə ABŞ-dan gələn bir qrup dini xadimlərin tərkibində ölkəmizdə səfərdə olub və bilavasitə yerində mövcud vəziyyətlə tanış olmaq imkanı əldə edib.