YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Üç ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 415 milyon dollar olub

Birinci rübdə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 415 milyon ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın aprel sayında deyilir. Qeyd olunur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə ixrac 59 milyon dollar və ya 16,5 faiz artıb. Üç ayda Rusiyaya 115 milyon, Türkiyəyə 99 milyon, Gürcüstana 50 milyon, İsveçrəyə 33,7 milyon və İrana 12,7 milyon dollarlıq qeyri-neft sektoruna aid məhsul ixrac olunub.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk üç ayında Rusiyaya qeyri-neft ixracı 17 faiz, Türkiyəyə 2 faiz, Gürcüstana 58 faiz, İtaliyaya isə 74 faiz artıb.