YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Azərbaycan Şərqlə Qərbin arasındakı ən önəmli körpüdür

“Ölkə Prezidenti İlham Əliyevin Çinə səfəri iki ölkə arasındakı iqtisadi-siyasi əlaqələrin yeni başlanğıcıdır. Çinin həyata keçirəcəyi “Bir kəmər, bir yol layihəsi Azərbaycan üzərindən Avropaya istiqamət götürəcək. Bu o deməkdir ki, Azərbaycan Şərqlə Qərbin arasındakı ən önəmli körpüdür”. Bu fikirləri Milli Məclisin deputatı  Sona Əliyeva deyib.

Ölkə başçısı İlham Əliyevin Çin Xalq Respublikasına səfərini şərh edən millət vəkili bildirib ki, iki ölkə arasında iqtisadi layihələrin həyata keçirilməsində birgə əməkdaşlıq çox vacibdir: “Çinin reallaşdıracağı “Bir kəmər, bir yol” layihəsi ölkə büdcəsinə əlavə gəlirlər gətirəcək. Bu da bizim vaxtilə inşa etdiyimiz beynəlxalq əhəmiyyətli infrastruktur layihələri hesabına baş tutacaq. Bakı-Tiflis-Qars dəmir yolu xəttindən, Ələtdə inşa edilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanından tranzit kimi istifadə olunacaq. Bu da öz hesabımıza həyata keçirilən beynəlxalq layihələrdən ölkə büdcəsinə daxil olacaq əlavə valyutalar deməkdir. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı baxımdan bu layihədə ölkəmizin yaxından iştirakı önəmlidir. Bu proje təkcə ticari layihə deyil, həm də nəqliyyat layihəsidir. Yəni, “Bir kəmər, bir yol” layhəsi qeyri-neft sektorumuzun inkişafına mühüm töhvələr verəcək”.

S.Əliyeva qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Pekindəki görüş zamanı Çinin böyük şirkətlərini ölkəmizə sərmayə qoymağa dəvət etməsinin maraqla qarşılanması da Pekinin Bakı ilə əməkdaşlıqda maraqlı olmasının göstəricisidir: “Çinin informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qeyri-ənənəvi enerji sahələri ilə məşğul olan şirkətləri də gözəl başa düşürlər ki, Azərbaycana yatırılan sərmayələr hədər getmir. Çünki uzun illərdir ki, ölkəmizdə sabitlik hökm sürür. Sahibkarlıq üçün əlverişli mühit var. İqtisadiyyat dinamik inkişafdadır. Kənar təsirlərdən asılı deyil və bu səbəblərdən xeyli qazanc götürmək olar”.