YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Formula 2 yarışı üzrə birinci sərbəst yürüşün üçlüyü məlum oldu

Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 yarışı üzrə birinci sərbəst yürüşün üçlüyünə düşən pilotlar məlum olub.

45 dəqiqə davam edən sərbəst yürüş nəticəsində "UNİ-Virtuosi" komandasının pilotu Luka Qiotto 1-ci, "Carlin" komandasının pilotu Nobuharu Matsuşita 2-ci, "MP Motorsport" komandasının pilotu Cordan Kinq isə üçüncü yerdə qərarlaşıb.

Bundan sonra isə Formula 2-nin sıralama turu başlayacaq.

Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.

Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.