YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Azərbaycan dünyada güclü və nüfuzlu dövlət kimi tanınır

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Azərbaycanın qüdrətinin daha da artmasını təmin edib, ölkəmiz qarşısında yeni perspektivlər açılıb. Bu gün Azərbaycan dünyada güclü, nüfuzlu dövlət kimi tanınır, qazanılan uğurlar dinamik inkişafın davamlı xarakter daşıdığını göstərir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycanın uğurları, beynəlxalq imicinin möhkəmlənməsi anti-Azərbaycan dairələr tərəfindən böyük narahatlıqla qarşılanır. “Bu dairələr Azərbaycanın milli gücünün daha da artmasını, yeni parlaq nailiyyətlər qazanmasını istəmirlər. Ona görə ölkəmizin yüksək beynəlxalq nüfuzuna kölgə salmaq üçün müxtəlif cəhdlərlə çıxış edirlər. Son zamanlar həmin ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı yeni qarayaxma kampaniyası başlanılıb”,-deyən millət vəkili əlavə edib ki, bu cür vasitələrlə ölkəmizə təzyiq göstərmək, onun uğurlarının üzərinə kölgə salmaq mümkün deyil. 

Milli Məclisin deputatı əlavə edib ki, Azərbaycan öz yolunda əmin addımlarla irəliləyir. Onun sözlərinə görə, ölkəmiz dinamik inkişafını davam etdirərək yeni möhtəşəm uğurlar qazanacaq.