YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin nümayəndəsi Qazaxıstanın Türküstan şəhərində “Türk Şurası Gənclərinin II Forumu”nda iştirak edir

Aprelin 23-də Qazaxıstanın Türküstan şəhərində “Türk Şurası Gənclərinin II Forumu” öz işinə başlayıb. Forumda  Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndəsi Şəfəq Əhmədova iştirak edib. Forumda ilk olaraq, Türküstan şəhərində fəaliyyət göstərən Əhməd Yəsəvi adına olan Universitetdə təhsil alan türk dünyasının gənclərinin öz mədəniyyətlərinin təqdimatlarından ibarət festivalla Forumun açılış mərasimi baş tutub.

Daha sonra isə, Türküstan Gənclər Mərkəzində “Türk Şurası Gənclərinin II Forumu” öz işinə start verib. Tədbirdə Türk Gənclər Şurasının birinci baş katibi Halil Akıncı, baş katibin müavini Ömər Kocaman və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan forumun məqsədi, fəaliyyət istiqamətləri və zərurəti barədə tədbir iştirakçılarını məlumatlandırıb və gənclərin suallarına cavab vermişlər.

Daha sonra, Türk Şurası Gənclərinin əməkdaşlığının gücləndirilməsi və Şuraya üzv ölkələrin gənclərinin gözləntiləri mövzusunda sessiyalar keçirilib.

YAP Gənclər Birliyi Ofisinin koordinatoru Şəfəq Əhmədova təmsil etdiyi təşkilatın fəaliyyəti barədə geniş məlumat verib.

Forumun Türk Şurası gənclərinin gələcək fəaliyyətində önəmli rol oynacağını qeyd edilib. 

Qeyd edək ki, forum aprelın 25-də ö işini yekunlaşdıracaq.