YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky Travel Awards” versiyası üzrə ən yaxşı aeroport seçilib

Moskvada IV Beynəlxalq “SKYSERVICE 2019” Forumu çərçivəsində nüfuzlu “Sky Travel Awards 2019” mükafatının təqdimetmə mərasimi keçirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, aeroport səyahətçi-blogerlərin versiyası üzrə 10 milyondan az sərnişin axını ilə ən yaxşı aeroport seçilib. Blogerlər bir neçə ay ərzində 10 aeroport, 6 biznes zal və 30 aeroport otellərini xidmət və komfort səviyyəsinə görə qiymətləndiriblər. Bu il ekspert-blogerlər İliya Voskresenski (@elivosk), Anton Sokolov (@tonych_inc) və Anastasiya Fedotova (@nastyaafed) olublar.

Blogerlərin hər biri 10 şəhəri ziyarət edib: Moskva, Sankt-Peterburq, Soçi, Yekaterinburq (Rusiya), Bakı (Azərbaycan), Nur-Sultan (əvvəlki Astana, Qazaxıstan), Tbilisi (Gürcüstan), Sofiya (Bolqarıstan), Buxarest (Rumıniya) və Vyana (Avstriya). Bloqerlər təkcə komfort və xidmət səviyyəsini deyil, heç bir mükafatın qiymətləndirmədiyi digər aspektləri: əməkdaşların təbəssümü, oturacaqların rahatlığı, yemək seçiminin olması və sair qiymətləndiriblər.

Bu, Heydər Əliyev Beynəlxalq Aeroportunun cari il ərzində artıq ikinci mükafatıdır. Martda paytaxt Bakının hava limanı Britaniya konsaltinq şirkəti “Skytrax”ın versiyası üzrə MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı aeroport seçilib.