YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

Aprelin 24-də Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri düzüblər.

Daha sonra rayon Heydər Əliyev Mərkəzində konfrans öz işini davam etdirib. YAP Qusar rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü David İbramxəlilov konfransda çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, gənclər üçün yaradılan əlverişli şəraitdən danışıb. Bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin təşəkkülü və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə həmişə böyük qayğı göstərib, onların hərtərəfli inkişafına xüsusi diqqət yetirib.

YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin sədri Zeynal Əsgərov IV konfransdan ötən müddət ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib.

Tədbirdə iştirak edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Siyasi Şuranın üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vuqar Rəhimzadə, Milli Məclisin deputatı Azər Badamov və rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev öz çıxışlarında Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində gənclərimizin qazandıqları nailiyyətlərdən danışıblar.

Çıxışlarda YAP Qusar rayon təşkilatının Gənclər Birliyinin üzvlərinin də ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmələrindən məmnunluq ifadə olunub, birliyin fəaliyyəti yüksək qiymətləndirilib.

Sonra təşkilatı məsələlərə baxılıb. YAP Qusar rayon təşkilatı Gənclər Birliyi şurasının tərkibi müəyyənləşib. Səsvermə nəticəsində Nahid Hacıyev YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.

Sonra YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.

Konfransda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri və fəal gənclərə fəxri fərmanlar təqdim olunub.