YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Abdullayeva: Azərbaycan ilə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar davam etdirilir

Azərbaycanla Avropa İttifaqı arasında Sazişin məhz bu il mayın 13-də imzalanması nəzərdə tutulmayıb.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva mətbuatda bu il mayın 13-də Avropa İttifaqı ilə Azərbaycan arasında Sazişin imzalanacağı ilə əlaqədar yayılan məlumata münasibət bildirərkən bildirib.

Leyla Abdullayeva deyib: “Azərbaycan ilə Avropa İttifaqı arasında Sazişin məhz bu il mayın 13-də imzalanması nəzərdə tutulmayıb. Çünki, ölkəmizlə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar hələ ki, davam etdirilir”.