YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mixael Kindsqrab: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən vacib tərəfdaşıdır

Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən vacib tərəfdaşıdır.

Bu fikri Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab aprelin 23-də keçirdiyi mətbuat konfransında bildirib.

Səfir qeyd edib ki, Azərbaycan ilə Almaniya arasında siyasi və iqtisadi əlaqələrlə yanaşı, mədəniyyət, elm sahələrində də yaxşı münasibətlər mövcuddur. Diplomat deyib: “Almanlar və azərbaycanlılar mədəni sahədə ortaq dəyərlərə malikdirlər. 200 il bundan əvvəl Azərbaycanda məskunlaşmiş almanları daim müxtəlif tədbirlərdə xatırlayırıq”.

Mayın 7-də Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya üzrə müvəkkili Mixael Zibertin Azərbaycana səfər edəcəyini söyləyən səfir gələn ayın sonunda ölkəsinin parlament heyətinin də Azərbaycana gələcəyini diqqətə çatdırıb.