YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan bundan sonra da öz müstəqil siyasətini və dinamik inkişafını davam etdirəcək

“Yüksək nüfuza malik olan Azərbaycan beynəlxalq müstəvidə güclü, nüfuzlu dövlət kimi tanınır, ölkəmizin dostlarının, tərəfdaşlarının sayı davamlı olaraq artır. Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, qazanılan möhtəşəm uğurlar ölkəmiz qarşısında yeni perspektivlər açır”. Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, ötən müddət ərzində dünyanın bir sıra regionlarda qanlı toqquşmalar, müharibələr, etiraz aksiyaları baş verib, beynəlxalq vəziyyət olduqca gərginləşib. Bütün bunlara baxmayaraq, Azərbaycan dinamik inkişafını uğurla və inamla davam etdirib, bütün sahələrdə parlaq nailiyyətlər əldə olunub, ölkəmizdə möhkəm əsaslara söykənən sabitlik, təhlükəsizlik qorunub saxlanılıb.

“Azərbaycan, həmçinin milli maraqlara əsaslanan xarici siyasət kursunu müvəffəqiyyətlə davam etdirir, beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir. Ölkəmizin liderliyi ilə regionda şaxələndirilmiş enerji və nəqliyyat dəhlizləri yaradılıb, yeni əməkdaşlıq platforması formalaşdırılıb, Azərbaycan bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısıdır. Şübhəsiz ki, bütün bu uğurlar Ermənistanı, erməni lobbisini, xaricdəki bir sıra anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edir. Ona görə də həmin dairələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, ölkəmizin uğurlarının üzərinə kölgə salmağa çalışırlar. Bu məqsədlə müxtəlif vasitələrdən istifadə edirlər. Əlbəttə, məqsəd Azərbaycana təzyiq göstərməkdir amma bu cür vasitələrlə ölkəmizi inkişaf yolundan və milli maraqlara əsaslanan prinsipial, müstəqil siyasətindən döndərmək mümkün deyil. Azərbaycan bundan sonra da öz müstəqil siyasətini və dinamik inkişafını davam etdirəcək, beynəlxalq müstəvidə yeni nailiyyətlər qazanacaq”,-deyə S. Qafarova vurğulayıb.