YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci rübdə Bakı–Tbilisi–Ceyhan kəməri ilə 8,1 milyon ton neft daşınıb

Cari ilin ilk rübündə Azərbaycandakı magistral neft kəmərləri ilə 10 milyon 5,4 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 81,5 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və yanvar-mart aylarında bu kəmərlə 8 milyon 150,2 min ton neft nəql edilib. Üç ayda BTC ilə 1 milyon 185,2 min ton tranzit nefti də ötürülüb.