YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Varşavadakı Jozef Polinski adına parkda Azərbaycanın və Polşanın müstəqilliklərinin 100 illiyi şərəfinə ağaclar əkilib

Polşa Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Jozef Polinski adına parkda Azərbaycanın və Polşanın müstəqilliklərinin 100 illiyi şərəfinə ağacların əkilməsi mərasimində iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sözügedən parkda, həmçinin Azərbaycan hökuməti tərəfindən “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidə ucaldılıb. Bu abidə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər) Polyak əsilli general Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın şərəfinə ucaldılıb.

DİGƏR Xəbərlər Arxiv