YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Sərhəd Xidmətinin rəisi “Qazax” sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki , Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlərin gedişi, “Qazax” sərhəd dəstəsinin xidməti ərazisindəki əməliyyat şəraiti, müdafiə mövqelərinin möhkəmləndirilməsi, mühəndis-istehkam tədbirlərinin gücləndirilməsi üzrə tapşırıqların icra vəziyyəti haqqında məruzələr dinlənilib.

Dövlət sərhədində müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması, sərhəd döyüş məntəqələrində yeni xidməti binaların inşa edilməsi, yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərlə tanışlıq olub, bu fəaliyyətin gücləndirilməsi üzrə göstərişlər verilib.

Sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmiş yerli sakinlər Anar Dünyamalıyevə, Səfərəli Abışova, Hüseyn Şahverdiyevə və Zaur Yusifova medallar təqdim olunub, bilavasitə təmas xəttində sərhədçilərlə birgə dövlət sərhədinin mühafizəsi üçün çalışdıqlarına görə minnətdarlıq ifadə edilib.