YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Azərbaycanda Rusiya mədəniyyət günlərinin keçirilməsi əlamətdar hadisədir

“Azərbaycanda Rusiya mədəniyyət günlərinin keçirilməsi əlamətdar hadisədir”. Bu fikri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir. Onun sözlərinə görə, ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

“Xüsusilə, Azərbaycan və Rusiya dövlət başçılarının dostluq əlaqələri ölkələr arasında münasibətlərin inkişafına stimul verir. Bütövlükdə, əlaqələrimiz bütün sahələri əhatə edir. Bu mənada iki ölkənin mədəni əlaqələri də böyük əhəmiyyət kəsb edir. Azərbaycanda Rusiya mədəniyyət günlərinin keçirilməsi mədəni əlaqələrimizin əyani ifadəsidir. Bildiyiniz kimi, Azərbaycanda Rusiya mədəniyyət günlərinin açılışında Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun iştirak etməsi də bu hadisənin önəmini ifadə edir. Bütövlükdə bu kimi tədbirlər Azərbaycan və Rusiya xalqlarının mədəni əlaqələrinin daha da yüksəlməsinə xidmət edir”-deyə, deputat qeyd edib.