YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Şuşa şəhər təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Şuşa şəhər  təşkilatı  Gənclər Birliyinin V konfransı keçirilib. Konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edibilib.

Sonra tədbirdə YAP Şuşa şəhər təşkilatı Gənclər Birliyinin fəaliyyətinə həsr olunmuş foto-slayd təqdim olunub.

Konfransı giriş sözü ilə açan Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gənclər siyasəti həyata keçirilir. Onun sözlərinə görə, bu siyasətin təməlində Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs dayanır: “Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimizin səsi mötəbər beynəlxalq kürsülərdən gəlir. Bütövlükdə gənclər cəmiyyətimizdə aparıcı rol oynayırlar”. Natiq qeyd edib ki, gənclərin fəallığı, onların intellekti, bilik və bacarıqları  respublikamızın inkişafına tıhfələr verir.

Tədbirdə hesabat məruzəsi ilə çıxış edən YAP Şuşa şəhər təşkilatı Gənclər Birliyinin sədri Yapon Hacıyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətindən, bu siyasətin hazırda  Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, vətənpərvərlik nümunəsi göstərən Azərbaycan gəncliyindən söz açaraq əldə olunmuş nailiyyətlərin əhəmiyyətini vurğulayıb.

Konfransda çıxış edən YAP Şuşa şəhər  təşkilatının sədri Təvəkkül Əliyev, Milli Məclisin deputatı Elman Məmmədov, YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva, Şuşa Humanitar Kollec üzrə 20 saylı ərazi ilk partiya təşkilatının sədri Könül Hüseynova və başqaları ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlarından dən danışıblar.

Sonra YAP Şuşa şəhər təşkilatının Gənclər Birliyinin şurasına 9, İdarə Heyətinə isə 5 nəfərdən ibarət üzv seçilib. Ülvi Heydərov təşkilatın Gənclər Birliyinin sədri, Əmirxan Qarayev və Elmir Rzayev isə sədrin müavinləri seçiliblər.

Daha sonra Yeni Azərbaycan Partiyası Şuşa şəhər təşkilatının Gənclər Birliyinin V konfransının nümayəndələri adından Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciəti qəbul olunub.

Sonda YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim edilib.

DİGƏR Partiya xəbərləri Arxiv