YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Salyan rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib

Aprelin 13-də Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev xatirə parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Konfransda YAP Salyan rayon təşkilatı Gənclər Birliyi sədri hesabat məruzəsi ilə çıxış edib.

Konfransda çıxış edənlərdən Milli Məclisin deputatı Şahin İsmayılov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP GB-nın sədr müavini Ramin Məmmədov və başqaları Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıblar.

Konfransda daha sonra təşkilati məsələlərə baxılıb. Fazil Sabir oğlu Məhərrəmov YAP Salyan rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.

Konfransda YAP Salyan rayon təşkilatı Gənclər Birliyinin yeni tərkibdə şurası və idarə heyəti seçilib. Konfansda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin konfransına nümayəndələr seçilib.