YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi ilə Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyası arasında əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, nazirliyin Tibb Baş İdarəsinin bir qrup zabit heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Gülhanə Hərbi Tibb Akademiyasında təcrübə mübadiləsi aparıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, general-mayor Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti tibb sahəsində ikitərəfli əməkdaşlıq protokoluna bəzi əlavələr olunması məsələsini müzakirə edib. Danışıqlar nəticəsində Akademiyaya müalicə, reabilitasiya və protezləşdirmə üçün göndərilən xəstələrin, o cümlədən təhsil alacaq tələbələrin və mütəxəssislərin sayının artırılması, orta tibb heyətinin - hərbi feldşer və tibb bacılarının hazırlanması, Müdafiə Nazirliyində çalışan mülki həkim və tibb bacılarının müxtəlif ixtisaslaşma və təkmilləşmə kurslarına ezam olunması məsələləri protokola əlavə edilib.

İlk dəfə olaraq, biomedikal mühəndislər, fizikal müalicə və reabilitasiya, idman təbabəti üzrə mütəxəssislərin hazırlanması, o cümlədən birgə elmi-praktik konfransların keçirilməsi, müştərək tibb jurnalının dərc olunması və Azərbaycan heyətinin Gülhanə Hərbi Tibb Akademiyasındakı seminarlara dəvət edilməsi məsələləri də müsbət həllini tapıb.
 

 

DİGƏR Xəbərlər Arxiv