YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının gənclər birliyinin V hesabat-seçki konfransı keçirilib

 Aprelin 12-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev konfransda çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, gənclər üçün yaradılan əlverişli şəraitdən danışıb. Bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin təşəkkülü və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə həmişə böyük qayğı göstərib, onların hərtərəfli inkişafına xüsusi diqqət yetirib.

Sonra Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən bəhs edən videoçarx nümayiş olunub.

YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədri Rəşad Fərəcov IV konfransdan ötən müddət ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib.

Tədbirdə çıxış edən YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatlarından Hikmət Babaoğlu, Ülvi Quliyev və başqaları çıxışlarında Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində gənclərimizin qazandıqları nailiyyətlərdən danışıblar. Çıxışlarda YAP Səbail rayon təşkilatının gənclər birliyinin üzvlərinin də ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmələrindən məmnunluq ifadə olunub, birliyin fəaliyyəti yüksək qiymətləndirilib.

Sonra təşkilati məsələlərə baxılıb. YAP Səbail rayon təşkilatı gənclər birliyi şurasının, idarə heyətinin tərkibi müəyyənləşib. Səsvermə nəticəsində Ayxan Həsənov YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədri seçilib.