YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Mədəni Marşrutlar üzrə İllik Məşvərət Forumu keçiriləcək

Mədəni Marşrutlar üzrə İllik Məşvərət Forumu Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi proqramının bir hissəsi kimi oktyabrın 30-31-də Bakıda keçiriləcək.

Avropa Şurasının Avropa Mədəni Marşrutlar İnstitutunun (Lüksemburq) Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil edəcəyi forum iştirakçılarının siyahısına Avropa Şurasının 29 mədəni marşrutlarını təmsil edən şəxslər, təsdiqlənmə üçün yeni namizədlər, alimlər, mütəxəssislər və mədəni turizm sahəsindəki peşəkarlar daxildir.

Forum marşrutların öz fəaliyyətlərini təqdim etdiyi, uğurlu təcrübələrin paylaşıldığı və tematik seminarlarda mövcud problemlərin müzakirə edildiyi illik tədbirdir. Bu il müzakirələr mədəni marşrutların mədəniyyətlərarası dialoqun və transmilli şəbəkələr vasitəsilə davamlı sosial və iqtisadi inkişafın təşviqinə necə xidmət edə bilməsi, onların Avropanın yaddaşı və tarixini işıqlandırmaq və onu qorumaqla müasir cəmiyyətlərin necə qavranılması mövzularını əhatə edəcəkdir.

Forum müddətində “Turizm sosial birlik və dialoqun aparıcı qüvvəsi kimi”, “Mədəni marşrutlar mədəniyyətlərarası dialoqun istiqamətləri kimi”, “Sosial birlik iqtisadiyyatı - davamlı iqtisadi inkişaf naminə mədəni marşrutlar” və digər mövzularda seminarlar keçiriləcəkdir.