YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Quliyev: “Aqrolizinq” ASC-nin xətti ilə ölkəmizə ən müasir kənd təsərrüfatı texnikaları gətirilib

Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyət göstərdiyi 10 il ərzində 20 mindən çox kənd təsərrüfatı texnikası alınıb. Bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

İ.Quliyev qeyd edib ki, “Aqrolizinq” ASC-nin xətti ilə ötən illərdə ölkəmizə ən müasir kənd təsərrüfatı texnikaları gətirilib. Onun sözlərinə görə, quruma həmin texnikanın lizinqə verilməsi ilə bərabər, məhsul istehsalçılarına mineral gübrələr, pestisidlər, texnoloji avadanlıqlar və digər zəruri vasitələrin güzəştli şərtlərlə çatdırılması həvalə edilib.

«Ötən müddət ərzində 20 mindən çox kənd təsərrüfatı texnikası alınıb, xaricdən 11 minə yaxın iribuynuzlu mal-qara, 2 mindən çox xırdabuynuzlu damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermerlərə satılıb. ASC həmçinin, kənd təsərrüfatında aqrotexniki xidmətlərin aparılması kimi funksiyalar da yerinə yetirir»- deyə, nazir müavini vurğulayıb.