YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Azərbaycan dördüncü sənaye inqilabının tələblərinə ən çox hazır olan dövlətdir

“2017-ci ildə sabitliyə nail olan Azərbaycan iqtisadiyyatı 2018-ci ildə artım mərhələsinə qədəm qoyub və sonrakı illərdə dinamik iqtisadi artım üçün mühüm əsaslar yaradıb”. Bu fikri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirişili bildirib ki, 2019-cu ilin yanvar ayında qeydə alınan artım dinamıkası bunu bir daha sübut etdi. Onun sözlərinə görə, proqnozlara əsasən 2019-cu il dinamik iqtisadi inkişaf ili olacaq.

 “Regionda rəqabət getdikcə güclənir, ölkəmizin dünya iqtisadiyyatında rolu artdıqca iqtisadistrukturlara və çevikliyə olan tələbat da artır. Bunları nəzərə alaraq, ölkəmizin iqtisadi dayanıqlılığını dahada gücləndirmək üçün müəyyən addımlar atılmalıdır. “Azərbaycanın iqtisadi rəqabət qabliyyətini artırmaq və xarici bazarlarda müqayisəli üstünlüyə nail olmaq üçün ölkədə əmək məhsuldarlığının xeyli artırılmasına ehtiyac var. Nəzərə alsaq ki, bizim rəqiblərimiz artıq inkişaf etmiş ölkələrdir, onda bu sahədə ciddi irəliləyişin əldə edilməsi çox vacibdir və bu məqsədlə ayrıca əmək məhsuldarılığı və əmək haqqı bağlılığını özündə ehtiva edən dövlət proqramının qəbul edilməsi ölkədə iqtisadi inkişafı daha da sürətləndirə bilər. Ölkədə yaradılmış iri təsərrüfatlarda əldə edilmiş yüksək məhsudarlıq buna sübutdur”-deyən millət vəkili əlavə edib ki, bank sektorunda da aparılan islahatlar bu sektorun xeyli sağlamlaşmasına nail olub. Bununla yanaşı bankların iqtisadiyyata təsirinin fəlsəfəsini dəyişilməsi ilə bağlı iqtisadi tələb formalaşmaqdadır. Banklar sadəcə əsasən əmanət qəbul etmək və ya kredit vermək funksiyaları deyil, iqtisadiyyatda səmərəlilik təftişçisi kimi mühüm funksiyalar yerinə yetirməlidirlər. Eyni zamanda, iqtisadiyyata kredit qoyuluşlarının həcmini artırmaq üçün daha çox innovativ metodların tətbiqinə, investisiya fondlarının həcminin artırılmasına ehtiyac yaranıb.

T.Mirkişili onu da qeyd edib ki,  4-cü sənaye inqilabının əsas tələblərinə özəl sektoru və universitetləri hazırlamaq üçün daha əhatəli işlərin görülməsinə ehtiyac yaranmaqdadır. Elektronlaşmanın mərkəzləşdirmə fəlsəfəsi ilə yayılmasına və bunun üçün dövlət büdcəsində dayanılqlı maliyyə mənbəsinin yaradılmasına ciddi ehtiyac yaranıb. Beynəlxalq təhlillərə görə Azərbaycan 4-cü sənaye inqilabının tələblərinə ən çox hazır olan  dövlətdir.

Kənd təsürrüfatı sahəsində aparılan islahatların subsidiya mexanizminin təkmilləşməsinə ehtiyac yaratdığını deyən millət vəkilinin fikrincə, nəticəliliyə əsaslanan subsidiya sistemi və sığorta sisteminin tətbiqi ölkəmizdə idxaldan asılılığı xeyli azaltmaq imkanı yarada bilər.

“Həmçinin,  təhlillər göstərir ki, iqtisadi cəhətdən inkişaf etmiş hər bir ölkənin uğuru konkret iqtisadi modelə deyil, o ölkənin milli xüsusiyyətlərinin və milli maraqlarının güclü tərəflərinə əsaslanır. Ölkəmizdə aparılan iqtisadi islahatlar da məhz bu güclü tərəflərin müəyyən edilməsinə və onlara əsaslanan uğurlara imza atmağa istiqamətlənib. Düşünürəm ki, həm icra prosesində, həm də qanunvericilik təşəbbüslərində beynəlxalq təcrübə ilə yanaşı, milli xüsusiyyətlərin güclü və yaradıcı tərəflərinin daha çox uyğunlaşdırılması ölkəmizin güclənməsinə xidmət edəcək”-deyə, deputat qeyd edib.