YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycan vətəndaşları daha da yaxşı həyata layiqdirlər

“Azərbaycan bu gün öz iqtisadi gücünü artırır. Təsadüfi deyildir ki, Azərbaycan son 10 il ərzində dünyada ən sürətlə inkişaf edən ölkə kimi artıq qəbul edilib. İqtisadi inkişaf hər bir sahəyə müsbət təsir göstərir. 

Bu il üçüncü regional inkişaf proqramı da qəbul edilmişdir. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci və bu il üçüncü proqram qəbul edilib. Bu proqram çox dəqiqdir, müfəssəldir. Hər bir məsələ orada öz əksini tapıb. Hər bir rayonun inkişafı da o proqramda nəzərə alınıbdır. Hər bir rayonun, hər bir kəndin problemi həll olunandan sonra ölkəmizdə heç bir problem qalmayacaqdır”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaşda Heydər Əliyev Mərkəzinin açılışında çıxışı zamanı qeyd etmişdir.

Ağdaşda həyata keçirilən abadlıq-quruculuq işlərini yüksək qiymətləndirən Prezident İlham Əliyev “insanların normal yaşaması üçün bütün şərait yaradılır” –deyə, qeyd etmiş və vurğulamışdır ki, bu gün Azərbaycan elə bir səviyyədədir ki, hər bir rayon mərkəzi, hər bir şəhər dünyanın aparıcı şəhərlərindən geri qalmamalıdır. Çünki Azərbaycan vətəndaşları daha da yaxşı həyata layiqdirlər. Biz hakimiyyət olaraq bu şəraiti yaradırıq və yaratmalıyıq.