YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ekmələddin İhsanoğlu: Azərbaycan mühüm məsələlərin müzakirə olunduğu önəmli məkana çevrilib

Azərbaycan mühüm məsələlərin müzakirə olunduğu önəmli məkana çevrilib. Yeddinci Qlobal Bakı Forumu bunu bir daha təsdiq etdi.

Bu fikirləri Forumda iştirak edən İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu söyləyib.

E.İhsanoğlu qeyd edib ki, Qlobal Bakı Forumunda beynəlxalq ictimaiyyəti narahat edən məsələlər müzakirə olunur. Bu müzakirələrdə dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçıları, sabiq prezidentlər, ictimai-siyasi xadimlər, diplomatlar iştirak edirlər. Bir sözlə, Bakı Forumu qlobal məsələlərin səmərəli müzakirəsi üçün mühüm tədbirdir. Artıq yeddinci ildir keçirilən bu Forumun önəmi ildən-ilə daha da artır.