YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi icra olunub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimin niyyətinə uyğun olaraq, müxtəlif qoşun növləri silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını məşq edib.

Ümumqoşun döyüşünün müasir qaydalarına əməl olunmaqla, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan həmlələri nəzərə alınaraq qoşunlar, eləcə də idarəetmə sistemləri qarşılıqlı əlaqədə səmərəli fəaliyyət nümayiş etdiriblər.

Poliqonlarda və müasir qurğularla təchiz edilmiş təlim sahələrində bölmələr döyüş atışları və atəşlə manevrlər yerinə yetiriblər.

Əsas diqqət müasir silah və hərbi texnikanın tətbiqi ilə taktiki tapşırıqların yeni üsullarla icrasına yönəldilib.