YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Təəssüf ki, Ermənistanın belə pozucu hərəkətlərinə ATƏT-in Minsk qrupu göz yumur

«Ermənistan  tərəfi danışıqlar prosesini pozmaq, prosesin  məzmununu dəyişmək və heç bir nəticə əldə edilməməsi üçün müxtəlif üsullara əl atır. Ən çox yayılmış üsullardan biri danışıqlar ərəfəsində atəşkəs rejimini kobud şəkildə pozmaqdır. Bir çox hallarda hətta hərbi insidentə əl atırlar, yeni üsullar tapırlar». Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, oktyabrın 27-də gseparatçı rejim tərəfindən irov götürülmüş azərbaycanlıların məhkəməyə cəlb edilməsi də danışıqlar prosesinə mənfi təsir etmək məqsədi daşıyır. Onun fikrincə, oktyabrın 27-də Parisdə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsi nəticəsində baş tutacaq danışıqların nəticələrinə təsir göstərmək, hər hansı pozitiv irəliləyişə əngəl olmaq üçün ermənilər məhz həmin gün girov götürülmüş azərbaycanlılar üçün qondarma məhkəmə keçirmək istəyirlər.

 «Bununla da, əvvəlcədən danışıqlara mənfi təsir göstərmək və danışıqların predmetini dəyişmək istəyirlər. Əgər Azərbaycan tərəfi böyük sülh sazişi ilə bağlı məsələni gündəmə gətirmək və indiyə qədər razılaşdırılmış məqamları böyük sülh sazişində qabartmaq istəyirsə,  Ermənistan tərəfi çalışır ki, belə məqamlarda danışıqlar prosesini pozsun, gündəlikdə başqa məsələlər müzakirə edilsin. Təəssüf ki, Ermənistanın belə pozucu hərəkətlərinə ATƏT-in Minsk qrupu göz yumur»- deyə, politoloq qeyd edib.