YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənubi Koreya şirkətləri Bakıda metro stansiyalarının tikintisində iştirak etmək istəyirlər

Cənubi Koreya şirkətləri Bakıda metro stansiyalarının tikintisində iştirak etmək istəyirlər.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, Azərbaycanda səfərdə olan Cənubi Koreyanın torpaq, infrastruktur və nəqliyyat nazirinin müavini Kim Kyungsikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə səhmdar cəmiyyətdə görüş keçirilib.

QSC sədri Zaur Hüseynov Bakı Metropoliteni və onun gələcək perspektivləri, görüləcək işlər haqqında qonaqlara geniş məlumat verib.

K.Kyungsik Cənubi Koreya şirkətlərinin metro tikintisindəki təcrübəsi, digər ölkələrdə fəaliyyətləri barədə danışıb.

Görüşdə koreyalı qonaqlar Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemində nəzərdə tutulan stansiyaların inşasında iştirak etmək istədiklərini bildiriblər.