YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Atılan addımlar dövlətimizin qayğıya ehtiyacı olan təbəqəyə göstərdiyi diqqətin nümunəsidir

“Prezident İlham Əliyevin “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 21 fevral 2019-cu il tarixli fərmanı həmin ailələrin yüksək qayğı ilə əhatə olunduğunu təsdiqləyir”. Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, dövlət başçısının fərmanına əsasən həmin ailələr üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 80 manat artırılaraq 2019-cu il martın 1-dən 300 manat müəyyən edilib.

“Məlumdur ki, sözügedən  ailələr üçün Prezidentin aylıq təqaüdünün təyin olunmasına dövlət başçısının 2014-cü il 11 avqust tarixli fərmanına əsasən başlanılıb. Ölkəmizdə həyata uğurlu sosial siyasətin əsas istiqamətlərindən biri kimi, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması sahəsində mühüm addımlar atılır. Bu yaxınlarda  dövlət başçısının fərmanı ilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği də artırılaraq 300 manata çatdırılıb. Bütün bunlar dövlətimizin qayğıya ehtiyacı olan təbəqəyə göstərdiyi diqqətin nümunəsidir”-deyə, deputat qeyd edib.