YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT PA-nın sessiyasında Avropada miqrant problemindən bəhs olunub

Miqrantlar və etnik qruplar hərbi münaqişələr, sosial və ya iqtisadi qeyri-sabitlik kimi müxtəlif səbəblərdən vətənini tərk edən insanlardır. Təəssüf ki, Yaxın Şərq və Şimali Afrikadakı münaqişələrin baş verməsi məcburi köçkünlərin axını ilə nəticələndi.

Bu fikirləri fevralın 22-də Vyanada ATƏT PA-nın qış sessiyasının yekun iclasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Elşad Həsənov söyləyib. O qeyd edib ki, hazırda ATƏT regionunda miqrantlar məsələsi elə bir problemdir ki, bu problem mümkün qədər tez həll olunmalıdır. Avropa milyonlarla miqrantların tez bir zamanda qəbulu və səmərəli inteqrasiyasına hazır deyil. Nəticədə, bəzi Avropa ölkələrində qaçqın düşərgələri və saxlanma mərkəzləri genişlənib.

Bildirilib ki, Avropa ölkələrindəki qaçqın düşərgələri və saxlanma mərkəzlərinin risk zonası olduğu etiraf edilməlidir, çünki sosial və iqtisadi problemlər miqrantlar arasında bərabərsizlik yaradır. Bu şərtlər yeni gələnləri radikalların bir növ əkin sahəsinə çevirir. Biz ekstremist təbliğatın nümunələrini tez-tez görürük. İnternet və sosial media bəzən milliyyətçi və ekstremist duyğuları təhrik etmək üçün platforma rolunu oynayır.

E.Həsənov çıxışının yekununda qeyd edib ki, miqrantları inteqrasiya etmək üçün bütün zəruri addımlar atılmalıdır. Əks halda bu insanlar radikal təbliğat üçün yumşaq bir hədəf olacaqlar. Eyni zamanda, Avropa ölkələri qaçqın axınının baş verdiyi ölkələrlə fəal əməkdaşlıq etməlidirlər. Hökumətlərarası əməkdaşlıq bu məsələni həll etməyə kömək edə bilər.

Bildirilib ki, miqrant böhranının həlli mexanizmləri ilə bağlı təkliflər irəli sürülməlidir.