YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edir”. Bu fikri Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, respublikamızın bütün sahələr üzrə mühüm nailiyyətlərə imza atır. Onun sözlərinə görə, son  15 il ərzində Azərbaycanın regional və beynəlxalq nüfuzu artıb, geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənib.

“Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib. Son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,3 dəfə artıb. Qeyri-neft sektoru və qeyri-neft ixracı artıb. Bu uğurlar davamlı xarakter daşıyır. Ötən 15 il Azərbaycan Respublikasının müstəqillik tarixinin ən uğurlu və ən şanlı səhifəsidir. Bu dövrün nailiyyətləri yalnız iqtisadi, sosial və mədəni sferaların sürətli inkişafı ilə deyil, həm də cəmiyyət həyatının istisnasız olaraq bütün sahələrini əhatə edən əsaslı islahatlar, institusional dəyişikliklər və innovasiyalara əsaslanan səmərəli dövlət idarəçiliyi sisteminin yaradılması ilə səciyyələnir”-deyə, deputat qeyd edib.