YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Budaqov: Hesablamalara görə, qarşıdakı 2 ayda Azərbaycan əhalisinin sayı 10 milyona çatacaq

İlkin hesablamalara görə, əhalinin sayı martın sonu və ya aprelin əvvəlində 10 milyon nəfərə çatacaq.

Bu barədə jurnalistlərə müsahibəsində Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

Komitə sədri bildirib ki, əhalinin sayında tədricən artım qeydə alınır. Hər ay Statistika Komitəsi tərəfindən əhalinin sayı açıqlanır: “İlkin hesablamalara görə, ölkədə 10 milyonuncu sakin martın sonu və ya aprelin əvvəlində qeydə alınacaq. Bununla bağlı müvafiq tədbirlər görüləcək. Həm Ədliyyə və Səhiyyə nazirlikləri, həm də Dövlət Miqrasiya Xidməti ilə birgə bu barədə tam uçot aparılacaq”.