YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ konqresmeni Prezident Barak Obamanı Azərbaycanı dəstəkləməyə çağırdı

Arizona Ştatından olan konqresmen Pol Qosar ABŞ Prezidenti Barak Obamaya məktubla müraciət edərək, Azərbaycanın Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsinin vacibliyini bildirib.

Məktubda, ABŞ-ın xarici siyasətinin dünyanın müxtəlif bölgələrində çətin bir durumda olduğu qeyd olunur, Birləşmiş Ştatların öz tərəfdaşlarını dəstəkləməsinin vacibliyi vurğulanır.

Müraciətdə, Azərbaycanın ABŞ-ın sınanmış müttəfiqi və önəmli strateji tərəfdaşı olduğu bildirilir, çətin bir bölgədə yerləşməsinə baxmayaraq daim Birləşmiş Ştatlar ilə tərəfdaşlığa sadiq qaldığı ifadə olunur. Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizəyə, Əfqanıstan və İraqda sabitliyin bərpa ounmasına, eləcə də Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfələrdən söhbət açılır.

Konqresmen qeyd edir ki, keçən dövr ərzində Azərbaycan öz təbii resurslarından əldə etdiyi gəlirləri ağıllı şəkildə istifadə edərək, öz iqtisadiyyatını yenidən qurmuş, ölkədə yoxsulluğun səviyyəsini 50 faizdən 6 faizədək azaltmış, ümumi daxili məhsulunu dəfələrlə artırmış, Cənubi Qafqaz bölgəsində ABŞ-ın ən böyük ticarət tərəfdaşına çevrilmişdir.

Həmçinin konqresmen, Azərbaycanın qədim tolerantlıq ənənələrindən, burada fəal yəhudi və xristian icmalarının mövcudluğundan söhbət açır, Azərbaycanın bir çox müsəlman ölkələri üçün nümunəvi model olduğuni bildirir.

Sonda konqresmen qeyd edir ki, hazırda regionda baş verənləri nəzərə alaraq, Azərbaycan kimi tərəfdaş ölkələrin ABŞ tərəfindən dəstəklənməsi vacibdir.

Qeyd edək ki, Respublikaçılar Partiyasından olan Pol Qosar ABŞ Konqresinde Arizona ştatının 4-cü dairəsini təmsil edir. ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hökümət İslahatları və Təbii Sərvətlər komitələrinin üzvüdür.