YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: Azərbaycanda demokratik seçki sistemi mövcuddur

«Azərbaycanda demokratik seçki sistemi mövcuddur». Bu fikri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra özünün seçki sistemini formalaşdırmağa başlayıb. Onun sözlərinə görə, bu prosesdə qərbin seçki təcrübəsi ciddi şəkildə öyrənilib.

«Amma hazırda dünya reallıqları başqadır. Biz müşahidə edirik ki, bu prosesdə ölkənin demokratik seçki keçirməsi deyil, o ölkəyə hansı standartlardan yanaşılması əsas götürülür. Ona görə də, seçkilərə münasibətdə ikili standartlar mövcuddur. Azərbaycan ilbə il seçki sisteminin təkmilləşdirilməsi istiqamətində addımlar atır və bu yöndə dünyanın mütərəqqi təcrübəsi öyrənilir. Ölkəmizdə keçirilən seçkilər də beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir»- deyə, MSK sədri vurğulayıb.