YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Bakı beynəlxalq aeroportu postsovet məkanında ən qeyri-adi aerovağzalların siyahısına daxil edilmişdir

Rusiyanın novate.ru saytında postsovet məkanında ən qeyri-adi aerovağzalların siyahısı dərc edilmişdir. Bu siyahıda Heydər Əliyev Bakı beynəlxalq aeroportunun məşhur “Arup” memarlıq şirkətinin layihəsi üzrə yaradılmış yeni terminalı da vardır. 

Saytda qeyd edilir ki, sahəsi 65 min kvadratmetr olan bu nəhəng binaya yuxarıdan baxanda o, uçuşda qanadlarını açmış quşu və ya uçma-enmə zolağı üzərində havaya qalxan böyük təyyarəni xatırladır.

Siyahını tərtib edənlərin fikrincə, hazırda dünyada yayılmış tendensiyaya görə aeroportlar və dəmiryol vağzalları həm rahat infrastruktur obyektləri, həm də əsl memarlıq inciləri, bu tikililərin yerləşdiyi şəhərlərin vizit vərəqləri olmalıdır. Həmin tendensiya tədricən postsovet məkanına da yol tapmışdır.

Novate.ru saytının versiyasına görə, postsovet məkanında daha bir neçə qeyri-adi aeroport vardır: Çariça Tamara aeroportu (Gürcüstan), Astana (Qazaxıstan), Xantı-Mansiysk (Rusiya), Tallinn, Belqorod (Rusiya) aeroportları və Pulkovo aeroportu (Sankt-Peterburq) bu qəbildəndir.