YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə Həştərxanda “Xəzər mükafatı-2019” festivalı keçiriləcək

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşəbbüsü ilə Həştərxanda “Xəzər mükafatı-2019” festivalı keçiriləcək.

RAGB-nin təşkilatçılığı və Həştərxanın Gənclərin İşləri üzrə Agentliyinin dəstəyi ilə 7-ci dəfə keçirilən festivala bu il daxil olan 300-dən çox müraciətdən 120-si seçilib. Hazırda hər bir iştirakçı üçün onlayn səsvermə gedir. Fevralın 14-dək davam edəcək səsvermənin nəticələri fevralın 15-də elan olunacaq. Festivalın 31 nominasiyası arasında ilin musiqi qrupu, aparıcısı, dizayneri, rəqs qrupu və digərləri var.

Festivalın yekun konserti və mükafatlandırma mərasimi də fevralın 15-də baş tutacaq.

Festival 2012-ci ildə RAGB Həştərxan regional bölməsinin fəalı Elvin Hüseynov tərəfindən təsis edilib. 2015-ci ildə festival beynəlxalq status alıb. Ötən 7 il ərzində festivala Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Moldova və digər ölkələrdən 500-dən çox iştirakçı qatılıb.