YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Azərbaycan son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli, dinamik inkişaf yolu keçib

“Dünyada maliyyə-iqtisadi böhranın, bir çox ölkələrdə isə xaos və tənəzzül kimi mənfi hallar və meyillərin müşahidə edildiyi şəraitdə ölkə daxilində sabitliyi qorumaq, tərəqqiyə nail olmaq çox böyük əhəmiyyətə malikdir. Sevindirici haldır ki, bu gün Azərbaycanı bir çox ölkələrdən fərqləndirən xüsusiyyətlər sırasında məhz möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlik və dinamik inkişaf mühüm yer tutur. Sabitliyi şərtləndirən amil isə Prezident İlham Əliyev tərəfindən uğurlu daxili və xarici siyasət kursunun həyata keçirilməsi, bu siyasətin Azərbaycan xalqı tərəfindən dəstəklənməsidir”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Malik Həsənov deyib. 

M.Həsənov bildirib ki, Azərbaycan son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli, dinamik inkişaf yolu keçib. Onun sözlərinə görə, qazanılan nailiyyətlər ölkəmizin Prezident İlham Əliyev tərəfindən innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir.

“2004-cü ildən etibarən bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Təqdirəlayiq haldır ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib. Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edib, ölkəmizin iqtisadi potensialı mütəmadi olaraq artır, dünya iqtisadiyyatında mövqeyi möhkəmlənir. Nəticədə ötən dövrün mənzərəsi onu göstərir ki, qazanılan nailiyyətlər müstəqil Azərbaycanın gücü və qüdrətinin daha da artmasını təmin edib. Təsadüfi deyil ki, dünyanın nüfuzlu reytinq agentlikləri Azərbaycanda həyata keçirilən islahatları, bütün sahələri əhatə edən müsbət göstəriciləri və nailiyyətləri yüksək qiymətləndirirlər. Digər tərəfdən, regional və qlobal təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilib. Nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan yüksək hörmət və etimadın bariz ifadəsidir”-deyə, M.Həsənov vurğulayıb.