YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Minimum əməkhaqqının artırılması haqqında dövlət başısının sərəncamı sosial təminat baxımından çox vacibdir

“Minimum əməkhaqqının artırılması haqqında dövlət başısının sərəncamı sosial təminat baxımından çox vacibdir”. Bu fikri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, minimum əməkhaqqı, xüsusən də dövlət büdcəsindən vəsait alan və birbaşa əməkhaqqı tarif cədvəllərinə uyğunluğu müəyyənləşdirilən vətəndaşların əməkhaqqının formalaşdırılmasında həlledicidir.

“Minimum əməkhaqqı məbləğinin artırılması, sadəcə, minimum əməkhaqqı alan vətəndaşların gəlirlərinin artması deyil, eyni zamanda, həmin meyardan istifadə etməklə əməkhaqqı müəyyənləşən vətəndaşların da maaşlarında artıma səbəb olacaq”-deyə, ekspert qeyd edib.