YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağcabədi rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun doğum günü ilə əlaqədar Bayraq Muzeyində tədbir keçirilib

Ağcabədi şəhərindəki Bayraq Muzeyində Yeni Azərbaycan Partiyası rayon təşkilatının və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun doğum günü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Bayraq Muzeyinin foyesində Mübariz İbrahimova həsr edilmiş sərgi ilə tanış olublar. N saylı hərbi hissənin zabit və əsgərlərinin, Qarabağ müharibəsi veteranlarının, məktəblilərin və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə Mübariz İbrahimovun, həmçinin respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova çıxış edərək, Milli Qəhrəmanın həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıb. Bildirib ki, 22 yaşlı gənc öz mərdliyi ilə hər kəsi heyrətləndirə və özünə xalqımızın qəlbində əbədi heykəl ucalda bilib.

N saylı hərbi hissənin zabiti İftixar Mehdiyev M.İbrahimovun keçdiyi döyüş yolundan, Prezident, Ali Baş Komandan İlham Əliyevin Milli qəhrəmanlarımıza verdiyi yüksək dəyərdən danışıb, hərbi vətənpərvərlik sahəsində aparılan işlərin önəmini vurğulayıb.

Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, YAP rayon təşkilatının baş məsləhətçisi, müharibə veteranı Mehman Novruzov, rayon icra hakimiyyətinin əməkdaşı Nicat Axundov, gənc əsgər Mirhadi Səmidzadə, şəhid ailələri adından Nüşabə İbrahimova çıxış edərək, Azərbaycan əsgərinin rəşadətindən, Silahlı Qüvvələrin inkişafından söz açıb, işğal altındakı bütün torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü sayəsində azad olunacağına əminliklərini ifadə ediblər.

Tədbirlərdə Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub, Milli Qəhrəmana həsr edilmiş şeirlər səsləndirilib.

İştirakçılar sonda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan filmə baxıblar.