YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Sosial-iqtisadi inkişaf və ictimai-siyasi sabitlik xarici ünsürlərin ölkəmizə yönəldilmiş təxribat kampaniyalarına layiqli cavabdır

“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin  sosial-iqtisadi inkişafi və ictimai-siyasi sabitlik xarici ünsürlərin ölkəmizə yönəldilmiş təxribat kampaniyalarına layiqli cavabdır”. Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildiirb ki, ölkəmiz uğurla inkişaf edir. Onun sözlərinə görə, bütün sahələr üzrə nailiyyətlər artıb.

“Təbii ki, bu uğurlar bundan sonra da olacaq. Bu gün Azərbaycan vətəndaşı ölkə başçısının apardığı siyasətdən tam razıdır. Xalqımız xarici ünsürlərin ölkəmiz haqqında dediyi ifadələrlə heç zaman razılaşmır və onu qətiyyətlə pisləyir. Mübarizəmizin effektli olmasını ancaq ölkəmizin güclənməsində görürəm. Ölkəmiz nə qədər güclü olduqca, nüfuzlu olduqca bizə qarşı yönələn kampaniyaların da sayı artacaq. Ancaq Azərbaycan hər zaman öz inkişafı, güclənməsi ilə onlara tutarlı cavab verəcək”-deyə, deputat qeyd edib.