YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Ötən illər ərzində Azərbaycanın regionlarının siması əhəmiyyətli dərəcədə dəyişib: Ötən illər ərzində Azərbaycanın regionlarının siması əhəmiyyətli dərəcədə dəyişib

“Ötən  illər ərzində Azərbaycanın regionlarının siması əhəmiyyətli dərəcədə dəyişib”. Bu fikri Milli Məclisin deputatı Eldəniz səlimov deyib.

 E.Səlimov bildirib ki, inkişaf nəticəsində Azərbaycanın regionları bu gün dünyanın turizm məkanlarına çevrilməkdədir. Onun sözlərinə görə, hər il xeyli sayda xarici turist Azərbaycanın bölgələrinə, son dərəcədə müasir və beynəlxalq standartlara cavab verən istirahət, turizm məkanlarına axın etməkdədirlər.

“Ümumiyyətlə, 2004- cü ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları bütövlükdə ölkənin iqtisadi potensialının artırılmasında və əhalinin maddi rifah halının yaxşılaşmasında mühüm rol oynadı. Keçən 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3.3 dəfə artaraq dünya miqyasında rekord göstəriciyə imza artdı. İxracın 4.7 dəfə, valyuta ehtiyatlarımızın isə 30 dəfəyə yaxın artması və paralel olaraq iqtisadiyyata 250 milyard dollar investisiya qoyulması nəticəsində Azərbaycan güclü və regional iqtisadiyyat qurmağa nail oldu. İqtisadiyyatın sürətlə böyüməsi ölkədə 2 milyondan çox yeni iş yerlərinin açılmasına şərait yaratdı ki, bu da öz növbəsində əhalinin maaşlarının 7 dəfə, pensiyaların isə 9 dəfə artmasına gətirib çıxardı. Ölkənin bütün regionlarında infrastruktur layihələrinin həyata keçirilməsi iqtisadi və sosial həyat şərtlərini kəskin yaxşılaşdırdı və bütün sahələrin inkişafı üçün üstün, əlverişli zəmin yaratdı. Təbii ki, bütün bunlarla yanaşı, qarşıda duran müasir çağırışlar və həyata keçirilən iqtisadi islahatlar regionların sosial-iqtisadi inkişafının ardıcıl olaraq davam etdirilməsini, yeni layihələrin həyata keçirilməsini labüd edir”-deyə, E.Səlimov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv