YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gündüz İsmayılov: Gənclərimiz milli dəyərlərimizə sadiqdir

“Bütün cəmiyyətimizə xaricdəki müəyyən mərkəzlərin gerçək məqsədləri məlumdur.  Bu qüvvələrin Azərbaycan gənclərini özlərinin çirkin məqsədlərinə cəlb etməsi mümkün deyil”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Dini Qurumlarla İş üzrə  Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

G.İsmayılov bildirib ki,  gənclərimizin milli mənəvi dəyərlərimizdən, milli maraqlarımızdan uzaqlaşdırılması yönündə atılan addımlar nəticəsiz bir cəhddir. Onun sözlərinə görə, gənclərimiz milli dəyərlərimizə sadiqdir.

“Azərbaycan gənclərinin belə cəhdlərə adekvat reaksiyası göz önündədir. Gənclərin istər sosial şəbəkələrdə, istərsə də  mənəvi dəyərlərimizlə bağlı nümayiş etdirdiyi mövqe onu deməyə əsas verir ki, bu cür cəhdlər effektsizdir. Bu gün gəncliyimiz milli mənəvi və dini dəyərlərimizə sadiqliyi baxımından mövcud vəziyyəti adekvat qiymətləndirməyi çox yaxşı bacarır”-deyə, G.İsmayılov vurğulayıb.