YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Süleymanov: Azərbaycan uğurları müəyyən dairələri qıcıqlandırır

“Ölkəmizin əldə etdiyi iqtisadi-siyasi nailiyyətlər, Azərbaycanda güclü xalq-hakimiyyət birliyinin formalaşması və bir vəhdət təşkil etməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əldə olunan hüquqi, hərbi üstünlüklər anti-azərbaycançı, ermənipərəst dairələri həddindən çox narahat edir və onlar məhz radikal ünsürlər vasitəsilə ölkəmizdəki siyasi sabitliyi pozmağa cəhd göstərirlər”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

T.Süleymanov bildirib ki, bəzi maraqlı xarici qüvvələrin oyuncağına çevrilmiş, ölkə daxilində özünü “müxalifət” qismində təqdim etməyə cəhd göstərən dağıdıcıların ölkəmizdə bərqərar olan demokratik prinsiplərə kölgə salmaq üçün ermənipərəstlərin “mətbəx”ində hazırlanan yalanları yaymağa çalışması, bu məqsədlə aksiyalar keçirməsi isə onların siyasi kimliyini bir daha üzə çıxarır.

“Yəni bu kampaniyalar Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələri ilə birlikdə təşkil etdiyi “ortaq tədbirlər”dir. Bu prosesdə sosial şəbəkələrin imkanlarından geniş istifadə olunur. Sosial şəbəkələrin müsbət cəhətləri çox olsa da, təəssüf ki, ondan heç də xoş olmayan məqsədlər üçün istifadə olunur. Belə ki, ölkəmiz haqqında yalan məlumatlat yayılır. İnsanların şərəf və ləyaqəti təhqir olunru və s. bu yolverilməzdir. Azərbaycan cəmiyyəti haqlı olaraq belə hallara qarşı kəskin etirazını bildiir. Ona görə də müvafiq orqanlar belə halların qarşısını almaq üçün lazımi ölçülər götürməlidir”-deyə, deputat qeyd edib.