YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyəli professor: “Freedom House” kimi təşkilatlar fəaliyyətlərini korrupsiya üzərində qurublar

Fransa Prezidentinin saxta “erməni soyqırımı günü” ilə bağlı açıqlaması və “Freedom House” təşkilatının Azərbaycana qarşı qərəzli mövqeyi eyni məqsədə xidmət edən kampaniyanın tərkib hissəsidir.

Bu fikri türkiyəli professor İbrahim Öztək bildirib. “Ədalətin meyarı həqiqətdir. Birinci Dünya müharibəsi dövründə erməniləri silahlandırıb Osmanlı dövlətinə qarşı qaldıran qüvvələr yüz ildir ki, saxta “erməni soyqırımı” mövzusu ilə Türkiyəni məşğul etməyə çalışırlar. Kimə həqiqət lazımdırsa Xocalı soyqırımını tanısın, sonra başqa məsələləri müzakirə edə bilərik. Fransadakı erməni diaspor təşkilatlarının oyuncağına çevrilən siyasətçilər yaxşı bilirlər ki, XX əsrin sonunda işğalçı Ermənistan Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edib. Bir milyon azərbaycanlı məcburi köçkün kimi bütün hüquqlardan məhrum olub. Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır”, - professor qeyd edib. O, “Freedom House” təşkilatının Azərbaycana qarşı qərəzli mövqeyinə də kəskin etiraz etdiyini bildirib. Əlavə edib ki, bu cür təşkilatlar fəaliyyətlərini korrupsiya üzərində qurublar. Professor deyib: “Fransada siyasi böhran tüğyan edir. Dünənə qədər Azərbaycanı və Türkiyəni mitinq iştirakçıları ilə sərt davranmaqda ittiham edirdilər. İndi Fransada nümayişləri yatırmaq üçün ən qəddar üsullara əl atırlar. “Freedom House” təşkilatının fəaliyyəti də eynilə belədir. Bu və onun kimi digər təşkilatlar heç vaxt yerləşdikləri ölkədəki acınacaqlı vəziyyətdən bəhs edə bilməzlər. Çünki onları təsis edəndə qarşılarına missiya qoyublar: qarayaxma apar, ləkələ, böhtan at... “Freedom House” təşkilatının indiki açıqlaması da bu prosesin davamıdır”.