YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupun birinci iclası keçiriləcək

Fevralın 19-20-də Bakıda Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupun Xəzəryanı dövlətlərin nümayəndələrinin iştirakı ilə birinci iclası keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Konvensiyadan irəli gələn bir sıra məsələlər üzrə, eləcə də xəzəryanı ölkələrin dövlət başçılarının Aktau şəhərində baş tutmuş beşinci Zirvə toplantısının nəticələrinə dair müzakirələrin aparılması nəzərdə tutulur.

İclasda ölkəmizi Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsi Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Xatırladaq ki, 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” imzalanıb və beşinci Xəzər Zirvə toplantısının kommünikesi qəbul edilib. Bu sənədlərə əsasən, Konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmi – Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrup yaradılıb.